“Türk axını” Avropa İttifaqının sanksiyaları səbəbindən ixrac lisenziyasını itirib

“Türk axını” Avropa İttifaqının sanksiyaları səbəbindən ixrac lisenziyasını itirib
# 30 sentyabr 2022 09:38 (UTC +04:00)

Avropa İttifaqı tərəfindən 18 sentyabr tarixində tətbiq edilən yeni sanksiyalar “Türk axını” operatorunun ixrac lisenziyasının vaxtından əvvəl geri çağırılmasına səbəb olub.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə boru kəmərinin operatoru “South Stream Transport B.V.” şirkətinin məlumatında bildirilir.

“2022-ci il sentyabrın 18-də yeni sanksiyaların tətbiqi nəticəsində Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyə və Avropadaki istehlakçılara nəql olunduğu “Türk axını” dəniz qaz kəmərinin operatoru "South Stream Transport B.V."ın ixrac lisenziyası vaxtından əvvəl geri çağırılıb”, - deyə məlumatda bildirilir.

Eyni zamanda şirkət əlavə edib ki, yeni sanksiyaların tətbiqi “South Stream Transport B.V.” tərəfindən qaz nəqlinin davam etdirilməsini məhdudlaşdırmır. Bu baxımdan Türkiyə və Avropa ölkələrində müxtəlif sənaye sahələri və milyonlarla ev təsərrüfatları qaz təchizatı baxımından qısa və uzunmüddətli perspektivdə əziyyət çəkməyəcəklər.

“South Stream Transport B.V.” bildirib ki, ki şirkət artıq ixrac lisenziyasının yenilənməsi üçün ərizə verib və hazırda Niderland rəsmilərindən cavab gözləyir. Şirkət qeyd edir ki, “South Stream Transport B.V.”шn Avropa İttifaqının 833/2014 qüvvədə olan sanksiya tənzimləməsinə uyğun olaraq istisna almaq üçün bütün hüquqi əsaslara malikdir (3-cü maddənin 3a bəndi). Qaz kəmərinin operatoru bunu onunla izah edir ki, “Türk axını” ilə nəql olunan qaz daha sonra milli qaz ötürücü sistemlər vasitəsilə Avropa ölkələrinə çatdırılır və bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir.

Xatırladaq ki, "Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR