Türkiyə Azərbaycan-Macarıstan qaz əməkdaşlığı memorandumunun imzalanmasını alqışlayır

Türkiyə Azərbaycan-Macarıstan qaz əməkdaşlığı memorandumunun imzalanmasını alqışlayır
# 31 yanvar 2023 17:18 (UTC +04:00)

Azərbaycanla Macarıstan arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması çox yaxşı haldır.

APA xəbər verir ki, bu barədə Budapeştdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfər etdiyini xatırladıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Macarıstana səfəri çərçivəsində ötən gün Azərbaycan-Macarıstan sənədləri, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR