Türkiyə Azərbaycan qazının idxalını 38% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 38% artırıb
# 30 avqust 2019 17:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycandan 4,41 mlrd. kubmetr həcmində qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin birinci rübündə aylarında Azərbaycandan 3,2 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-iyun aylarında bu ölkədən Türkiyəyə təxminən 7,99 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 3,75 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, bu ilin birinci yarısında Türkiyənin qaz idxalı 19,02 mlrd. kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR