Türkiyə bərpa olunan enerji mənbələri üzrə rekord qırıb  

Türkiyə bərpa olunan enerji mənbələri üzrə rekord qırıb  
# 31 avqust 2022 14:33 (UTC +04:00)

Türkiyə iyul ayında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üzrə rekord göstəricilər əldə edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Twitter“ hesabında paylaşım edib.

O qeyd edib ki, iyul ayında ölkədə həm Günəşdən, həm də küləkdən elektrik enerjisinin istehsalı üzrə rekord qırılıb. Belə ki, ötən ay Türkiyədə günəş vasitəsilə 2 milyard 7 milyon kVt/saat, küləkdən isə 4 milyard 237 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

“İyulda külək və günəş enerjisindən istehsal olunan elektrik enerjisi ilk dəfə olaraq ümumi istehsalın 21,6 faizini təşkil edib”, - paylaşımda bildirillib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR