Türkiyə gələn ilin iyulundan TANAP-la hər il 5,7 mlrd. kubmetr qaz alacaq

Türkiyə gələn ilin iyulundan TANAP-la hər il 5,7 mlrd. kubmetr qaz alacaq
  • Clock-gray 10:45
  • calendar-gray 08 Oktyabr 2019

Gələn ilin iyul ayından etibarən Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) ilə ildə 5,7 mlrd. kubmetr qaz alacaq.

"APA-Economics"in məlumatına görə, bunu İstanbulda keçirilən mətbat konfransında çıxış edən TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, 1 iyul 2019-cu – 30 iyun 2020-ci saziş ilində TANAP-la Türkiyəyə 3,8 mlrd. kubmetr qaz nəql ediləcək.

S. Düzyol əlavə edib ki, Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi şərti ilə 2020-ci ilin 1 iyul – 31 dekabr tarixləri ərzində TANAP-la Avropa üçün 6,1 mlrd. kubmetr, 2021-ci ilin 1 yanvar – 31 mart tarixləri ərzində 6,2 mlrd. kubmetr, 2021-ci ilin 1 aprel – 31 dekabr tarixləri ərzində 7,2 mlrd. kubmetr, 2022-ci ilin iyunun 1-dən isə illik 10,2 mlrd. kubmetr qaz nəql ediləcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date