Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin qısa zamanda tikiləcəyinə ümidlidir

Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin qısa zamanda tikiləcəyinə ümidlidir
# 22 dekabr 2021 14:46 (UTC +04:00)

İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, illik ötürmə gücü 500 mln. kubmetr olacaq kəmərinin tikintisi Naxçıvana qazın tədarükünü şaxələndirəcək.

Nazir onu da əlavə edib ki, "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi üzrə razılaşma bu il yenilənib və bu razılaşma çərçivəsində Türkiyəyə 2024-cü ilin sonunadək 10 mlrd. kubmetrdən artıq qaz nəql ediləcək.

Öz növbəsində, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyə SOCAR və BOTAŞ tərəfindən texniki işlərin tezliklə yekunlaşacağına və qaz kəmərinin qısa zaman ərzində tikiləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, İğdır vilayətindən Naxçıvana (Sədərək) çəkiləcək boru kəmərinin uzunluğu 85 km, illik buraxılış gücü isə 500 mln. kubmetr təşkil edəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop (mübadilə) əməliyyatları əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR