Türkiyə Qara dəniz qazını daşıyacaq yerüstü boru kəmərinin tikintisini başa çatdırıb

Türkiyə Qara dəniz qazını daşıyacaq yerüstü boru kəmərinin tikintisini başa çatdırıb
# 17 yanvar 2023 15:54 (UTC +04:00)

Türkiyənin BOTAŞ dövlət şirkəti Filyos qaz emalı qurğusundan Qara dəniz qazını qəbul edəcək qaz ölçmə məntəqəsinin tikintisini, eləcə də bu stansiyanı ölkənin milli qazpaylama sistemi ilə birləşdirən 36 kilometr uzunluğunda yerüstü boru kəmərinin tikintisini başa çatdırıb.

Bu barədə “APA-Economics” Türkiyənin “Anadolu Ajansı”na istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Qara dəniz şelfindəki “Sakarya” qaz yatağının işlənməsi istiqamətində aktiv şəkildə işləri davam etdirir.

Qeyd olunur ki, “ Sakarya” yatağından qaz bu ilin birinci rübündə (martın sonunda) Türkiyədəki istehlakçılara tədarük olunmağa başlayacaq.

Xatırladaq ki, sahildən təxminən 170 kilometr aralıda yerləşən yataqdan qaz xüsusi boru kəməri ilə Filyos qurğusuna nəql ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR