Türkiyə qaz hasilatına 10 mlrd. dollara yaxın sərmayə yatıracaq

Türkiyə qaz hasilatına 10 mlrd. dollara yaxın sərmayə yatıracaq
# 21 aprel 2022 11:12 (UTC +04:00)

Türkiyə Qara dənizdə təbii qaz hasilatı və istifadəsinə 10 mlrd. ABŞ dollarına yaxın sərmayə yatıracaq.

APA-Economics”in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyənin milli axtarış-kəşfiyyat donanması tərəfindən aşkar edilən 540 mlrd. kubmetr “mavi yanacaq” ehtiyatları 2023-cü ildə əhalinin istifadəsinə veriləcək.

Məlumata görə, hazırda Türkiyə qazma gəmiləri parkını genişləndirir.

Həmçinin qeyd edilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Zonquldak Sakarya təbii qaz sahəsi dövlət tərəfindən maliyyələşəcək layihələr siyahısına daxil edilib.

“145 mlrd. Türk lirəsi (təxminən 10 mlrd. dollar) həcmində investisiyalar Qara dənizdə 540 mlrd. kubmetr təbii qazın çıxarılması və istifadəsinə yönəldiləcək”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR