Türkiyə Rusiya qazına görə rublla ödənişlərə nə zaman keçəcəyini açıqlayıb

Türkiyə Rusiya qazına görə rublla ödənişlərə nə zaman keçəcəyini açıqlayıb
# 19 sentyabr 2022 10:41 (UTC +04:00)

Türkiyəyə tədarük edilən Rusiya qazının qiymətinin 25 faizinin rublla ödənilməsinə dair razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

"Türkiyə Rusiyadan aldığı təbii qazın 25 faizini rublla ödəyəcək. Müvafiq razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək. Türkiyənin Rusiyadan qazı dollar əvəzinə rublla alması dollara ehtiyacı və xərcləri azaldacaq”, - Fatih Dönməz qeyd edib.

Qeyd edək ki, Türkiyə Qara dənizdəki Sakarya yatağından 540 mlrd. kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə əldə olunmalıdır.

Fatih Dönməzin sözlərinə görə, Qara dəniz qazını quruya daşıyacaq kəmərin tikintisi üzrə işlər əsasən başa çatıb. Magistral kəmərin tikintisi bu ayın sonuna kimi başa çatacaq.

“Üç boru çəkiləcək. Məqsəd ilin sonuna qədər hər üç xətti tamamlamaqdır”, - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR