Türkiyə Rusiyadan qaz idxalını artırıb

Türkiyə Rusiyadan qaz idxalını artırıb
# 31 may 2022 16:20 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Rusiyadan Türkiyəyə 7 726,51 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 1,2% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2021-ci ilin yanvar-mart aylarında Rusiyadan 7 635,01 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, ötən il Rusiyadan Türkiyəyə 26 342 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 63% çoxdur. Ötən il Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR