Türkiyə vətəndaşları Hacıqabul Sənaye Məhəlləsində iki şirkət təsis ediblər

Türkiyə vətəndaşları Hacıqabul Sənaye Məhəlləsində iki şirkət təsis ediblər
  • Clock-gray 11:56
  • calendar-gray 10 Oktyabr 2019

Hacıqabul Sənaye Məhəlləsində Türkiyə təsisçiliyi ilə iki şirkət fəaliyyət göstərəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu şirkətlər Azərbaycan şirkətləri hesab olunsa da, təsisçiləri Türkiyə vətəndaşlarıdır: "Ümumiyyətlə, sənaye parklarında fəaliyyət göstərən rezidentlər sırasında Türkiyə şirkətləri yoxdur. Lakin sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda türk iş adamları çalışır”.

Nazir müavini əlavə edib ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyətə başlayacaq şirkətlərdən biri qablaşdırma istehsal edən müəssisə, digəri isə bioloji gübrələrin istehsalı ilə məşğul olacaq: “Artıq müəssisələrin qurulması istiqamətində işlər yekunlaşmaq üzrədir. Onlar test rejimində fəaliyyət göstərir".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date