Türkiyədə benzin ucuzlaşıb

Türkiyədə benzin ucuzlaşıb
# 26 may 2022 10:10 (UTC +04:00)

Türkiyədə benzinin qiymətində 1,02 TL (10.02 qəpik) endirim qeydə alınıb.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, endirimdən sonra İstanbulda benzin 22,84 (2.37 manat) lirəyə, Ankara və İzmirdə 22,95 (2.38 manat) lirəyə düşüb.

Qeyd edək ki, Türkiyədə benzinin qiyməti 19 May 2022-ci il tarixindən 1,4 lirə artırılmışdı. Endirimdən öncəki qiymət İstanbulda 23,86 lirə (2.48 manat), Ankara və İzmirdə 23,97 lirə (2.49 manat) idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR