Türkmənistan-Çin kəməri ilə 350 mlrd. kubmetrdən çox qaz tədarük edilib

Türkmənistan-Çin kəməri ilə 350 mlrd. kubmetrdən çox qaz tədarük edilib
# 06 yanvar 2023 10:16 (UTC +04:00)

Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 mlrd. kubmetrdən çox qaz tədarük edilib.

APA-Economics”in Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti Sərdar Berdiməhəmmədov deyib.

Türkmənistan-Çin əməkdaşlığının ən perspektivli sahələrindən danışan Türkmənistan lideri yanacaq-energetika sektorunu xüsusi qeyd edib.

"2009-cu ilin sonunda istifadəyə verilən Türkmənistan-Çin qaz kəməri Asiya qitəsində həyata keçirilən ən böyük müştərək enerji layihəsinə çevrilib. Bu günə kimi onun vasitəsilə 350 mlrd. kubmetrdən çox təbii qaz tədarük edilib", - Sərdar Berdiməhəmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR