Üç rayonun qaz təchizatında fasilə yaranacaq

Üç rayonun qaz təchizatında fasilə yaranacaq
# 19 may 2022 09:48 (UTC +04:00)

"Qaz İxrac" İdarəsinə məxsus qaznəqli sistemində 19.05.2022-ci il tarixində planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

"APA-Economics" "Azəriqaz"a istinadən xəbər verir ki, təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR