ÜDM-də neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib

ÜDM-də neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib
# 12 avqust 2022 18:33 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib və aparılmış təhlillər iqtisadi artımın qeyri neft-qaz sahələri hesabına təmin olunduğunu deməyə əsas verib.

APA-nın xəbərinə görə, bu, Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair yarımillik məlumatında əksini tapıb.

İqtisadi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2%-ə bərabər olub.

Qeyri neft-qaz sahələrinin 9,6%-lik artımı fonunda neftqaz sahələri üzrə cüzi artımın (0,2%) qeydə alınması iqtisadi artımda neft amilinin rolunu azaldıb. ÜDM-in həm neft, həm də qeyri-neft sahələrində nominal artımların qeydə alınması dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.

Ümumi daxili məhsulun strukturu, nominal ifadədə

Göstərici- lər

6 ay

2022-cil proqnoz

İcra faizi

2021

2022

İlkin

Yenilənmiş

ÜDM

40,8

63,4

86,6

115,4

54,9

Neft-qaz sektoru

14,7

31,5

26,2

49,7

63,4

Qeyri neft- qaz

sektoru

26,1

31,9

60,4

65,7

48,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR