Ukrayna Avropa İttifaqına elektrik enerjisi ixrac etməyə başlayıb

Ukrayna Avropa İttifaqına elektrik enerjisi ixrac etməyə başlayıb
# 30 iyun 2022 15:30 (UTC +04:00)

Ukrayna Avropa İttifaqına elektrik enerjisi ixrac etməyə başlayıb.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Denis Şmıqal öz “Telegram” kanalında paylaşım edib.

“Enerji üçün vizasız rejimi” aldıqdan cəmi üç ay sonra Ukrayna elektrik enerjisinin Avropaya çoxdan gözlənilən ixracı başladı”, - paylaşımda qeyd olunur.

Onun sözlərinə görə, Rumıniyaya ilk tədarüklər cümə axşamı səhər saat 1-dən başlayıb və onların ilkin həcmi 100 MVt olub. Eyni zamanda, Ukrayna elektrik enerjisinin Avropaya potensial ixracı 2,5 GVt-a çata bilər ki, bunun sayəsində Kiyev ildə 70 mlrd. qrivnadan (2,4 mlrd. dollar) çox gəlir əldə edə bilər.

Rumıniyanın “Transelektrica” operatoru daha əvvəl bildirmişdi ki, Moldova və Ukrayna ilə kommersiya enerjisi mübadiləsi Avropa şəbəkəsi ilə sinxronizasiyadan sonra başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR