Ukrayna ərazisi ilə Rusiya qazının tədarükü üçün müraciətlər artıb

Ukrayna ərazisi ilə Rusiya qazının tədarükü üçün müraciətlər artıb
# 05 may 2022 11:24 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir, tədarük yüksək həcm səviyyəsində olaraq qalır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.

Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir.

Bu gün müraciətlərə əsasən, qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 98,9 mln. kubmetr təşkil edir, bu da 4 may tarixinə olan göstərici (98,4 mln. kubmetr) ilə müqayisədə 0,5% çoxdur.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR