Ukrayna yeraltı qaz anbarlarına 21 mlrd. kubmetr qaz toplayıb

Ukrayna yeraltı qaz anbarlarına 21 mlrd. kubmetr qaz toplayıb
# 15 oktyabr 2019 10:42 (UTC +04:00)

Ukraynanın yeraltı qaz anbarlarında 21 mlrd. kubmetrdən çox “mavi yanacaq” toplanılıb.

APA-Economics”in məlumatına görə, bu barədə "Naftogaz"ın rəhbəri Andrey Kobolev “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ukrayna qış mövsümünü qarşılamağa hazırdır: “Növbəti qış mövsümündə ölkənin enerji müstəqilliyini qorumağa hazırıq: “Ukraynanın yeraltı qaz anbarlarındakı qazın həcmi 21 mlrd. kubmetri ötüb”.

Qeyd edək ki, Ukrayna payız-qış mövsümünə hazırlıq işlərinə hələ cari ilin aprelində başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR