“Ukrtransnafta” Rusiya neftinin Avropaya nəqlini dayandırıb

“Ukrtransnafta” Rusiya neftinin Avropaya nəqlini dayandırıb
# 09 avqust 2022 16:21 (UTC +04:00)

Ukraynanın dövlət şirkəti "Ukrtransnafta" xammalı Macarıstan, Çexiya və Slovakiyaya çatdırılan "Drujba" neft kəmərləri sisteminin cənub qolundan neft nəqlini dayandırıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Transneft” prezidentinin müşaviri İqor Demin bildirib.

“Həqiqətən də "Ukrtransnafta" avqustun 4-də səhər saat 06:10-da “Drujba”nın cənub qolu ilə Macarıstan, Çexiya və Slovakiyaya neft nəqlini tamamilə dayandırıb. Buna baxmayaraq, Belarus ərazisi ilə Polşa və Almaniya istiqamətində tranzit davam edir", - İqor Demin qeyd edib.

O aydınlaşdırıb ki, Ukrayna şirkəti 100% ilkin ödəniş əsasında neft daşıma xidmətləri göstərir. Lakin tranzit üçün ödəniş edilərkən vəsait Rusiyanın "Transneft" şirkətinin hesabına qaytarılıb. Ödənişlərə xidmət göstərən "Qazprombank" məlumat verib ki, ödəniş artıq geri qaytarılıb, bunun da səbəbi, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeddinci sanksiyalar paketidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR