“Urals” nefti apreldə 21%-dək ucuzlaşıb

“Urals” nefti apreldə 21%-dək ucuzlaşıb
# 04 may 2022 15:30 (UTC +04:00)

Bu ilin aprel ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 70,52 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin aprel göstəricisi (62,5 dollar) ilə müqayisədə 1,1 dəfə çoxdur.

APA-Economics”in Rusiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin mart ayı (89,05 dollar) ilə müqayisədə apreldə “Urals”ın qiyməti 20,8% azalıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-aprel aylarında “Urals” neftinin orta qiyməti 84,68 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 60,47 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR