“Urals” nefti oktyabrda 13%-dən çox ucuzlaşıb

“Urals” nefti oktyabrda 13%-dən çox ucuzlaşıb
# 01 noyabr 2022 16:30 (UTC +04:00)

Bu ilin oktyabr ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 70,62 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin sentyabr göstəricisi (81,49 dollar) ilə müqayisədə 13,3 % azdır.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin sentyabr (68,25 dollar) ayları ilə müqayisədə oktyabrda “Urals”ın qiyməti 3,5% artıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-oktyabr aylarında “Urals” neftinin orta qiyməti 79,57 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 67,51 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR