“Urals” nefti sentyabrda 9%-dək ucuzlaşıb

“Urals” nefti sentyabrda 9%-dək ucuzlaşıb
# 03 oktyabr 2022 17:59 (UTC +04:00)

Bu ilin sentyabr ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 68,25 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin sentyabr göstəricisi (72,46 dollar) ilə müqayisədə 5,8 % azdır.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin avqust (74,73 dollar) ayları ilə müqayisədə sentyabrda “Urals”ın qiyməti 8,7% azalıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-sentyabr aylarında “Urals” neftinin orta qiyməti 80,58 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 65,96 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR