Von der Leyen: “Məqsədimiz Azərbaycandan qaz nəqlini iki dəfə artırmaqdır”

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 18 iyul 2022 15:01 (UTC +04:00)

Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.

O, bu Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib.

Ursula Von der Leyen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır:

“Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR