Xəzərdə SWAP layihəsində üçüncü kəşfiyyat quyusunun dərinliyi bəlli olub

Xəzərdə SWAP layihəsində üçüncü kəşfiyyat quyusunun dərinliyi bəlli olub
# 05 may 2022 12:39 (UTC +04:00)

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində “Satti” özüqalxan qazma qurğusu vasitəsilə qazılan üçüncü geoloji-kəşfiyyat quyusunu dərinliyi 770 metrə çatıb.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübüünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, layihə çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması 4 aprel 2022-ci il tarixində “Qarabatdağ” sahəsində başlanıb.

“Bu quyuda qazma işləri artıq 770 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Bundan əvvəl isə layihə çərçivəsində ikinci kəşfiyyat quyusu “Bibiheybət” sahəsində 4230 metr ümumi dərinliyədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilmişdi. Bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdı”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, BP Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatorudur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və "Lukoil" – 25%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR