XİN rəhbəri Azərbaycan qazının Macarıstana nəqlindən danışıb

XİN rəhbəri Azərbaycan qazının Macarıstana nəqlindən danışıb
# 31 yanvar 2023 14:10 (UTC +04:00)

“Türkiyəsiz Macarıstanın enerji təhlükəsizliyi yoxdur”.

APA xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Budapeştdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, enerji təhlükəsizliyinin əsası Azərbaycanda çıxan təbii qazın Türkiyə vasitəsilə Mərkəzi Avropaya, o cümlədən Macarıstana nəql edilməsindədir.

Siyarto vurğulayıb ki, artıq bununla bağlı müzakirələr başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR