Xoşbəxt Yusifzadə: AÇG-dən indiyədək 570 mln. tondan çox neft hasil edilib

Xoşbəxt Yusifzadə: AÇG-dən indiyədək 570 mln. tondan çox neft hasil edilib
# 02 iyun 2023 10:34 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından indiyə kimi (may ayının birinə kimi) 573 mln. ton neft hasil edilib.

"APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, indiyədək yataqlar blokundan 208 mlrd. kubmetr qaz hasil edilib.

Xoşbəxt Yusifsadə, qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Birinci-vitse prezident onu da əlavə edib ki, indiyədək Azərbaycanda ixrac edilən 654 mln. ton neftin 484 mln. tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR