Yunanıstan səfiri: Azərbaycan Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi həlledici rol oynayır - FOTO

Yunanıstan səfiri: Azərbaycan Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi həlledici rol oynayır - FOTO
# 28 mart 2023 20:03 (UTC +04:00)

Keçən ilin oktyabrında IGB interkonnektorunun (Yunanistan-Bolqarıstan Interkonnektoru) açılışı mərasimində xarici işlər və energetika nazirləri arasındakı bir sıra görüşlər, xüsusilə də Prezident İlham Əliyev və Baş nazir Miçotakis arasındakı əhəmiyyətli görüş Yunanıstan-Azərbaycan ikitərəfli münasibətlərinə yenidən güclü təkan verdi.

APA xəbər verir ki, bu barədə Yunanıstan səfiri Xristos Kapodistrias Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan Avropa İttifaqı tərəfindən haqlı olaraq enerji sektorunda strateji tərəfdaş kimi tanınır: "Dayandığımız yerdən bir neçə metr aralıda yerləşən səxavətli Xəzər dənizinin malik olduğu qiymətli təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropa va onun hüdudlarından kənarda enerji sahəsində etibarlı tərəfdaş kimi həlledici rolunu təmin edir və daha da artırır.

Yunanıstan bu layihədə mühüm tərəfdaş olmaqla yanaşı, faydalı üstünlüklərini qonşu ölkələrlə bölüşməkdən qürur duyur.

Bu kontekstdə, istərdim ki, enerji sektorunda Azərbaycanla strateji əməkdaşlığımıza əhəmiyyətli dəstəyinə, eləcə də güclü mesaj verdiyinə görə Yunanıstanın İcimai Qaz Korporasiyasına minnətdarlığımı bildirim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR