"Zəyəm Teхnologiyalar Parkı''nın yığılmış zərəri 3 dəfədən çox artıb

"Zəyəm Teхnologiyalar Parkı
# 15 iyul 2022 11:38 (UTC +04:00)

"Zəyəm Teхnologiyalar Parkı'' ASC 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, ötən il ASC-nin xalis zərəri 2 dəfədən çox artıb. Belə ki, 2021-ci ildə Parkın əsas əməliyyat gəlirləri 10,049 milyon manat (2020-ci ilə nisbətən 2,5 dəfə çox) olduğu halda, satışın maya dəyəri isə 15,688 milyon manat (2,6 dəfə çox) olub. Nəticədə, ümumi zərər 5,638 milyon manat olub.

Şirkətin 224 min manatlıq sair gəlirləri qarşılığında 90,9 min manat kommersiya хərсləri, 129,2 min manat inzibati xərcləri, 158 4 min manat isə maliyyə xərcləri yaranıb. Son nəticədə "Zəyəm Teхnologiyalar Parkı''nın xalis zərəri 5,793 milyon manata çatıb. Bu isə əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ildə şirkət 2,720 milyon manat xalis zərər açıqlamışdı.

31 dekabr 2021-ci il tarixinə ASC-nin cəmi aktivləri 16,5% artaraq 16,993 milyon manata çatıb, cəmi öhdəlikləri isə 2,3 dəfə azalaraq 7, 201 milyon manata enib.

Qeyd edək ki, "Zəyəm Teхnologiyalar Parkı'' ötən il nizamnamə kapitalını 18 milyon manat artırsa da, 8,513 milyon manat yığılmış zərərin (3,1 dəfə çox) qarşılanması ümumilikdə şirkətin cəmi kapitalını 9,791 milyon manata qədər azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR