Azərbaycan Küveytdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edir - FOTO

Azərbaycan Küveytdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edir - <font color=red>FOTO</font>
# 29 mart 2011 13:27 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il martın 29-da Küveytin əl-Küveyt şəhərində beynəlxalq turizm sərgisi işə başlayıb. Azərbaycanın Küveytdəki səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sərgidə xüsusi ekspozisiya ilə iştirak edir.

Dörd gün davam edəcək sərgidə nümayiş etdirilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, sürətlə inkişaf edən iqtisadiyyatı, böyük turizm potensialı barədə ətraflı məlumatlar foto-şəkillər və video-film, həmçinin mətbu məhsullar və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim olunur.

Azərbaycan pavilyonunu Küveytin ticarət və sənaye nazirinin müavini Əbdüləziz əl-Xalidi də ziyarət edib. Fəxri qonağa Azərbaycan haqqında ətraflı məlumat verən səfir Tural Rzayev sürətlə inkişaf edən ölkəmizin qədim tarixi və bu günü barədə söhbət açıb. Nazir müavini Azərbaycan kimi gözəl bir ölkənin zəngin turizm potensialı haqqında ətraflı məlumatın əldə edilməsi üçün bu sərginin bir vasitə olduğunu vurğulayıb.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR