İyunun 7-10-da Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək

İyunun 7-10-da Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək
# 06 aprel 2011 10:50 (UTC +04:00)
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən tədbirdə 28 ölkədən 300-dən artıq şirkətin, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarəetmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçiləri, ekologiya işçiləri, eləcə də elm xadimlərinin iştirakı gözlənilir. Sərgi sahəsinin 40%-dən çox hissəsini əsas etibarı ilə Xəzər Neft və Qaz tədbirinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq ki, sərgidə ötən illə müqayisədə 25%-lik artım gözlənilir.

Sərgi çərçivəsində «Caspian Oil and Gas» konfransı da keçiriləcək ki, tədbirdə Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbediciliyi, həmçinin Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, sərginin sponsorları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), «Caspian Geophysical», «Cross Caspian», «Oil and Gas Logistics», BP, «McDermott Caspian», «Inpex», «Conoco», OMV, RWE, «Caspian Pipe Coatings» və «Nobel Oil» şirkətləridir. «Caspian Oil and Gas» layihəsinə Azərbaycan Sənaye və Energetika Nazirliyi və ARDNŞ tərəfindən dəstək verilir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR