Bakıda beynəlxalq qida sənayesi sərgisi işə başlayıb - FOTOSESSİYA

Bakıda beynəlxalq qida sənayesi sərgisi işə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2011 09:11 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, mayın 27-dək davam edəcək bu tədbirlə paralel I Beynəlxalq Plastik Kütlələr və Kauçuk (Plastex), həmçinin V Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıqlar və Ləvazimatlar Sərgisi (HOREX) keçiriləcək.

Əsas təşkilatçısı «Iteca Caspian» şirkəti olan sərgilərin açılış mərasimində çıxış edən Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer Kaybiç bildirib ki, bu sərgidə daha çox Avstriya şirkətləri iştirak edir: “Ümid edirəm ki, qarşıdakı illərdə təşkil olunacaq sərgilərdə bu şirkətlərin sayı daha da artacaq. Avstriya şirkətlərinin Azərbaycana maraq göstərməsi, burada keçirilən sərgilərdə iştirak etməsi Azərbaycanda əlverişli mühitin formalaşmasından və bu ölkəyə olan etibardan irəli gəlir”.

«Iteca Caspian»ın icraçı direktoru Fərid Məmmədov sərgidə 19 ölkədən 100-dək şirkətin iştirak etdiyini qeyd edib: “Artıq bu sərgi ənənə halına çevrilib. Ümidvaram ki, növbəti sərgilərdə iştirak edəcək xarici və yerli şirkətlərin sayı daha da artacaq”.

Mərasimdə Azərbaycan Sənaye və Energetika Nazirliyinin aparat rəhbəri Rasim Məmmədov, GIMA beynəlxalq sərgilər şirkətinin inşaat və interyer bölməsinin direktoru Ludger Müller də çıxış edib.

Qeyd edək ki, sərginin bu il ilk dəfə «Baku Expo» Mərkəzində keçirilməsi ekspozisiya sahəsini genişləndirməyə imkan verib və iştirakçılar üçün göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldib. Sərgi sahəsinin 30%-ni yerli şirkətlər, qalanını isə xarici şirkətlər tutur.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR