Gələn həftə Bakıda «Caspian Power» beynəlxalq sərgisi keçiriləcək

Gələn həftə Bakıda «Caspian Power» beynəlxalq sərgisi keçiriləcək
# 04 iyun 2011 13:55 (UTC +04:00)
APA-nın məlumatına görə, sərgi «ITE Group» şirkətinin energetika üzrə aparıcı tədbirlərinin siyahısına daxildir və müəyyən sahə üzrə ixtisaslaşan şirkətlər arasında özünü təsdiq etmiş brend sayılır. «Azərbaycanda energetika sahəsinin dinamik inkişafı, regiona investorların artan ümumi marağı, Azərbaycan müəssisələrində ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin alternativ enerji mənbələrinin inkişaf perspektivləri «Caspian Power» beynəlxalq sərgisinin təşkil olunmasına təkan verib», - deyə «Iteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən bildirilib.
«Caspian Power 2011» sərgisi energetika texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət və istehsalçıları bir meydançada toplayacaq. Sərginin əsas bölmələri energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerjinin səmərəliliyi, kabel-keçirici məhsullar və işıqlandırmadır. «Ümid edir ki, «Caspian Power» sərgisində təqdim ediləcək ən yeni texnika və texnologiyalar yeni energetika layihələrində uğurla tətbiq ediləcək və bu sahənin inkişafına yeni impuls verəcək», - deyə təşkilatçı şirkətdən bildirilib.
Qeyd edək ki, iyunun 7-10-da Bakıda bu tədbirlə paralel növbəti «Caspian Oil&Gas» beynəlxalq sərgi-konfransı keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR