Xarici dövlətlərin hökumət başçıları Bakıda keçirilən «Caspian Oil & Gas-2011» sərgisinin iştirakçılarına təbrik məktubu göndərib

Xarici dövlətlərin hökumət başçıları Bakıda keçirilən «Caspian Oil & Gas-2011» sərgisinin iştirakçılarına təbrik məktubu göndərib
# 07 iyun 2011 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Böyük Britaniyanın baş naziri Devid Kemeron bu gün Bakıda işə başlayan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisinin («Caspian Oil & Gas») iştirakçılarına təbrik məktubu ünvanlayıb. «APA-Economics»in xəbərinə görə, məktubu sərginin açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braun oxuyub.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın məktubunu iştirakçıların diqqətinə çatdırıb. Sərgi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edən Ərdoğan məktubunda qeyd edib ki, Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Günter Ottinger Aİ prezidenti Jose Manuel Barrozunun məktubunu oxuyub. Məktubda yaxın aylarda inteqrə edilmiş bir dəhlizin - “Cənub dəhizi”nin əsasının qoyulacağına və regionda stabilliyin qorunub saxlanacağına ümid ifadə olunur.

Norveç şahzadəsi Hookon ARDNŞ və Norveçin “Statoil” şirkəti arasında mövcud olan sıx əlaqədən məmnunluğunu bildirib, Azərbaycanda Dövlət Neft Fondunun yaranmasını müsbət qiymətləndirib: “Xəzər dənizi dünyanın enerji bazarında getdikcə daha çox rol oynamağa başlayıb”.

Gürcüstanın enerji naziri Aleksandr Xetaquri isə prezident Mixail Saakaşvilinin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR