Payızda Azərbaycan paytaxtında 11 beynəlxalq sərgi keçiriləcək

Payızda Azərbaycan paytaxtında 11 beynəlxalq sərgi keçiriləcək
# 01 sentyabr 2011 13:23 (UTC +04:00)
Sərginin təşkilatçısı olan Britaniyanın «ITE Group Plc.» şirkətinin Qafqazdakı tərəfdaşı «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçiriləcək sərgidə 13 ölkədən, o cümlədən Almaniya, Latviya, Rusiya, Türkiyə və s., 100-dən çox şirkətin iştirakı gözlənilir. «BIHE-2011» sərgisində geniş çeşiddə tibbi məhsul və xidmətlər, o cümlədən tibbi və laboratoriya avadanlıqları, əczaçılıq məmulatları, istehlak materialları, gigiyena vasitələri və digər məhsullar təqdim olunacaq.

Səhiyyə sərgisi ilə eyni vaxtda VI Azərbaycan beynəlxalq stomatologiya sərgisi də keçiriləcək. Sərgidə stomatoloji avadanlıqlar, istehlak malları və digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən alman istehsalı olan 3D topoqraf nümayiş etdiriləcək. Həmçinin, «BIHE-2011» ilə eyni vaxtda Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi keçiriləcək. Burada peşəkar kosmetika və sağlamlıq vasitələri, müasir texnologiyalar nümayiş etdiriləcək.

Sərgi mövsümünü oktyabrın 6-8-də V Azərbaycan beynəlxalq təhsil və karyera sərgisi (Education&Career-2011) davam etdirəcək. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə əsas diqqət 16 yaşdan yuxarı ziyarətçilər üçün nəzərdə tutulmuş ali təhsil və dil bacarıqlarının təkmilləşdirilməsi sektorlarına yönəldiləcək. Müxtəlif universitet proqramları, magistr və elmlər doktoru dərəcəsi qazanmaq imkanları, «yay məktəbləri», təlim və dil kursları sərgi ekspozisiyasının əsasını təşkil edəcək. Sərgidə Böyük Britaniya, Kipr, Litva, Türkiyə, Dubay, Kanada, İsveçrə və s. ölkələrin təhsil müəssisələri və təşkilatları da iştirak edəcək.

Oktyabrın 19-22-də Xəzər və Qafqaz regionunun ən böyük beynəlxalq inşaat sərgisi – «BakuBuild» keçiriləcək. Bu il sərginin ekspozisiya sahəsi 40% artıb. İştirakçılar arasında isə Yunanıstan, Koreya, Polşa, BƏƏ, Rusiya, Ukrayna və s. ölkələnin 300-dən çox şirkətin təmsilçiləri var. Fərdi stendlərlə yanaşı Almaniya, İtaliya, Finlandiya və İranın kollektiv ekspozisiyaları təqdim olunacaq. Portuqaliyanın milli qrupu isə ilk dəfə olaraq Azərbaycana səfər edəcək. Azərbaycan şirkətləri sərgi iştirakçılarının 35%-ni təşkil edir. «BakuBuild-2011» sərgisində müxtəlif çeşiddə inşaat avadanlıqları, bəzək və üzləmə materialları, sanitariya texnikası, pəncərə istehsalı üçün avadanlıqlar və bir çox digər məhsullar nümayiş etdiriləcək. Sərgi Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, habelə Memarlar İttifaqı tərəfindən dəstəklənir.

İnşaat sərgisi ilə eyni meydançada VIII Xəzər beynəlxalq mebel, interyer və dizayn sərgisi (Caspian Mebel Expo) təşkil olunacaq və burada binaların daxili interyeri və dizaynı, divar kağızları, ev üçün parçalar, işıqlandırma cihazları, güzgülər, büllur məmulatlar və s. təqdim olunacaq. Həmin vaxt III Beynəlxalq isitmə, ventilyasiya, soyutma, su təchizatı, sanitariya texnikası, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji (Aqua-Therm Baku) sərgisi keçiriləcək. Bu il bu sərgidə 12 ölkədən 60-dan çox şirkət iştirak edəcək, səgri sahəsi isə 30% artıb.

Bununla yaanaşı, oktyabrın 19-22-da IV Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisi (CIPS) keçiriləcək. Bu sərginin iştirakçıları təhlükəsizlik sistemləri, video-kameralar, girişə nəzarət və obyektlərin müşahidəsi vasitələri, yanğın təhlükəsizliyi sistemləri və bir çox digər məhsulların istehsalçıları olacaq.

Noyabrın 2-4-də isə ətraf mühitin mühafizəsinə həsr olunmuş yeni layihə - «Xəzər: Ətraf mühit üçün texnologiyalar» (CTE) beynəlxalq sərgi və konfransı keçiriləcək. Fransa, ABŞ, Türkiyə, İsrail və digər ölkələrdən şirkətlərin iştirak edəcəyi sərgidə təbii sərvətlərin səmərəli istifadəsi və alternativ və bərpa olunan enerji üzrə təklif və layihələr, habelə bu sahənin ən yeni avadanlıq və texnologiyalar nümayiş etdiriləcək. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir.

Sərgilər mövsümünü noyabrın 23-26-da keçiriləcək XVII Azərbaycan beynəlxalq telekommunikasiyalar və informasiya texnologiyaları sərgi-konfransı (BakuTel) başa vuracaq. Sərgidə 15 ölkədən 100-dən çox şirkətin iştirakı gözlənilir. Burada ən son avtomatik idarəetmə sistemləri (SON), tətbiqi kompüter proqramları, peyk rabitəsi üçün xidmət avadanlıqları, teleradio yayım avadanlığı və texnologiyaları, bank texnologiyaları və xidmətləri, habelə bir çox digər yeniliklər əks olunacaq. Sərgi proqramı çərçivəsində forum, seminar və təqdimatların, habelə ənənəvi «BakuTel» konfransının keçirilməsi nəzərdə tutulub.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR