Azərbaycan baş nazirinin müavini Çində keçirilən sərgidə iştirak edib

Azərbaycan baş nazirinin müavini Çində keçirilən sərgidə iştirak edib
# 01 sentyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Çində ilk dəfə keçirilən Çin-Avrasiya sərgisinin açılış mərasimi olub. APA-nın “Cihan”a istinadən verdiyi məlumata görə, mərasimə Çin rəsmilərindən baş nazirin müavini Li Keqianq qatılıb və tədbirdə çıxış edib.

Azərbaycandan baş nazirin müavini Abid Şərifovun qatıldığı sərginin açılış mərasimində Pakistan prezidenti Asıf Əli Zərdari, Qırğızıstan prezidenti Roza Otunbayeva, Qazaxıstan baş nazirinin müavini və digər ölkələrdən rəsmilər iştirak edib.

Qeyd edək ki, sərgi çərçivəsində ticarət və investisiya yatırımları müzakirə edilir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR