Sabah Bakıda beynəlxalq səhiyyə sərgisi başlayır

Sabah Bakıda beynəlxalq səhiyyə sərgisi başlayır
# 12 sentyabr 2011 10:39 (UTC +04:00)
Bu barədə tədbirin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətinin bu gün keçirdiyi mətbuat konfransında məlmat verilib.

«APA-Economics»in məlumatına görə, «Iteca Caspian» şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçiriləcək sərgidə 19 ölkədən, o cümlədən Almaniya, Latviya, Rusiya, Türkiyə və digər ölkələrdən 124-dən çox şirkətin iştirakı gözlənilir. «BIHE-2011» sərgisində geniş çeşiddə tibbi məhsul və xidmətlər, o cümlədən tibbi və laboratoriya avadanlıqları, əczaçılıq məmulatları, istehlak materialları, gigiyena vasitələri və digər məhsullar təqdim olunacaq.

B.Hidayətzadənin sözlərinə görə, səhiyyə sərgisi ilə paralel VI Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi keçiriləcək. Sərgidə stomatoloji avadanlıqlar, istehlak malları və digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən alman istehsalı olan 3D topoqraf nümayiş etdiriləcək. Həmçinin, «BIHE-2011» ilə eyni vaxtda Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi keçiriləcək. Burada peşəkar kosmetika və sağlamlıq vasitələri, müasir texnologiyalar nümayiş etdiriləcək.

Tədbirdə səhiyyə sərgisinin layihə meneceri Elmira Axundova bildirib ki, sərginin 40%-ni yerli şirkətlər, qalanını isə xarici şirkətlər təmsil edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR