Apreldə Bakıda beynəlxalq neft-qaz və neft-kimya forumu keçiriləcək

Apreldə Bakıda beynəlxalq neft-qaz və neft-kimya forumu keçiriləcək
# 21 fevral 2012 13:52 (UTC +04:00)
NQNK Forumunun təşkilatçıları qismində «Iteca Caspian» və «INBC Consulting» şirkətləri çıxış edir.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neftin emalı və neft emalı və neft-kimya məhsullarının istehsalı qurğularının dünya üzrə məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq ekspertləri və ekoloji məsələlər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının alıcılarına, logistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə sözügedən layihə haqqında məlumat verməkdir.

Layihə ilə tanış olmaq imkanı ilə yanaşı forum dünyanın qabaqcıl şirkətlərinə (rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində) neft-qaz emalı və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün unikal imkan yaradır.

Forumda müvafiq dövlət strukturlarının yüksək rütbəli məmurları, ARDNŞ rəhbərliyi, habelə neft-qaz və neft-kimya sektorları üzrə elm xadimlərinin iştirakı və çıxışları gözlənilir. Eyni zamanda, forumun formatı belə layihələr üçün unikal olan sənaye texnologiyalarını, eləcə də öz təcrübə və biliklərini təqdim edəcək aparıcı dünya şirkətlərinin rəhbər simalarının çıxışlarından ibarət sessiyaların keçirilməsini də nəzərdə tutur. Forumun sonuncu günü isə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

İndiyədək onlarla yerli və xarici şirkət forumda iştirakını təsdiqləyib.

Qeyd edək ki, NQNK Layihəsi çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 mln. ton və 10 mlrd. kubmetr təşkil edən neft emalı və qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə həmçinin hər il təxminən 2 mln. ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri üçün avtonom enerji blokuna malik olan ümumzavod təsərrüfatının tikintisi planlaşdırılır. Bütövlükdə isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq. Bakı şəhərindən 60 km aralıda yerləşəcək kompleksin bütövlükdə 2020-ci ildə istismara verilməsi planlaşdırılır. Hazırda layihənin ümumi dəyəri təxminən 15 mlrd. ABŞ dolları civarında qiymətləndirilir və ilkin hesablamalara əsasən, layihə kommersiya baxımından cəlbedici sayılır. Qoyulan vəsaitlərin özünü ödəmə müddəti isə təxminən 6-7 il təşkil edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR