Bakıda “WorldFood Azerbaijan-2012” sərgisi işə başlayıb - FOTOSESSİYA - YENİLƏNİB

Bakıda “WorldFood Azerbaijan-2012” sərgisi işə başlayıb - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB</font>
# 15 may 2012 08:31 (UTC +04:00)
APA-Economics”İn xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qida sənayesinin inkişafında mühüm rol oynayır. Nazir kənd təsərrüfatı məhsulları istehsalçılarını məhsul istehsalını artırmağa çağırıb: “Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq”.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgidə 24 ölkədən 120 şirkət iştirak edir. Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri sərgiyə ilk dəfədir qatılır. Sərgidə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr iştirak edir.

“WorldFood Azerbaijan-2012” sərgisi bir meydançada “WorldFood”, “WorldDrink” və “WorldFoodTech” kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edir. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, super-marketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunur.

”WorldFood Azerbaijan-2012” ilə yanaşı, VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“AgriHort Azerbaijan”), I Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” (“IPACK Caspian”) və II Xəzər Beynəlxalq “Plastik Kütlələr və Kauçuk” (Plastex Caspian) sərgiləri də keçiriləcək.

Qeyd edək ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin rəsmi «online» informasiya tərəfdaşı APA İnformasiya Agentliyidir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR