Azərbaycan peyk xidmətlərini Dubayda nümayiş etdirəcək

Azərbaycan peyk xidmətlərini Dubayda nümayiş etdirəcək
# 17 fevral 2020 11:01 (UTC +04:00)

"Azərkosmos" ASC rəqəmsal media sənayesi sahəsində olan CABSAT-2020 beynəlxalq sərgi çərçivəsində xidmətlərini təqdim edəcək.

"APA-Economics" ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, sərgi martın 31-dən aprelin 2-dək Dubayda keçiriləcək. Azərbaycanın peyk operatorunun xidmətləri 8-ci zalda yerləşən D8-20 stendində nümayiş olunacaq.

Qeyd edək ki, CABSAT dünyada sayca üçüncü, bölgədə isə rəqəmli media sahəsində ən vacib hadisədir. Hər il olduğu kimi, bu il də dünyanın aparıcı şirkətləri səs və video avadanlıqlarını, kompüter qrafikasını, animasiya, onlayn oyunları, kabel və mobil televiziya və digər yeni məhsul və həllərini təqdim edəcəklər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR