Bakıda ötən il keçirilən beynəlxalq sərgi ziyarətçilərinin sayı açıqlanıb

Bakıda ötən il keçirilən beynəlxalq sərgi ziyarətçilərinin sayı açıqlanıb
  • Clock-gray 17:14
  • calendar-gray 08 Yanvar 2020

Ötən il Bakıda keçirilən beynəlxalq sərgilər dünyanın 53 ölkəsindən 986-sı xarici şirkət olmaqla 1838 eksponenti bir araya gətirib.

APA-Economics” bu barədə Azərbaycanda beynəlxalq ticarət sərgilərinin təşkilatçılarının (“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri)2019-cu ildə həyata keçirdikləri fəaliyyətlərinin yekun icmalına istinadən xəbər verir.

Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Bu il Azərbaycanda keçirilən sərgilərin iştirakçı-ölkələri sırasına Monqolustan da qatılıb. Müxtəlif sərgilərdə 21 ölkə tərəfindən 33 milli ekspozisiya, eləcə də 24 regional stend təqdim edilib.

Ümumilikdə, sərgilərdə dünyanın 75 ölkəsindən 50 537 ziyarətçi qeydiyyatdan keçib. 2019-cu ildə ziyarətçilərin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib və üç ölkə - Türkiyə, Rusiya və İran ziyarətçilərin sayına görə öz lider mövqelərini qoruyub saxlayıb.

Hazırda yeni sərgi mövsümünə fəal hazırlıq gedir. 2020-ci ildə CEO və “Iteca Caspian” şirkətləri tərəfindən 23 layihə həyata keçiriləcək. Yeni sərgi mövsümü isə 15 fevral tarixində “Autizm spektr pozuntusu” (ASP) mövzusuna həsr olunmuş və fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynlərini, eləcə də mütəxəssisləri, pedaqoq və metodistləri, habelə psixoloq və psixoterapevtləri bir araya gətirəcək 2-ci Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar “Fərqli Fərdlər” Konqresi ilə açıq elan olunacaq.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date