Dünyanın ən böyük aviasiya sərgilərindən biri ləğv edilib

Dünyanın ən böyük aviasiya sərgilərindən biri ləğv edilib
  • Clock-gray 15:20
  • calendar-gray 07 Dekabr 2020

2021-ci ilin iyun ayında Fransanın Le-Burje aeroportunda keçirilməli dünyanın ən böyük beynəlxalq aviasiya sərgilərindən biri koronavirus böhranı səbəbindən ləğv edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə tədbir iştirakçısının açıqlamasında deyilir.

"COVID-19 infeksiyasının səhiyyə sahəsində yaratdığı böhranla əlaqəli qeyri-müəyyənlik fonunda təşkilatçılar 21-27 iyun 2021-ci il tarixlərində keçirilməli aviaşounu ləğv etmək qərarına gəlib", - açıqlamada deyilir.

Növbəti Le-Burje aviasiya sərgisi yalnız 2023-cü ilin iyun ayında keçiriləcək. Bəyanatda deyilir ki, ləğv olunan şou iştirakçıları maddi təzminatı tam alacaqlar.

Xatırladaq ki, sözügedən sərgi iki ildən bir təşkil olunur.

APA-Economics

Digər xəbərlər