"Mobile World Congress" koronavirusa görə təxirə salınıb

"Mobile World Congress" koronavirusa görə təxirə salınıb
  • Clock-gray 17:51
  • calendar-gray 17 Fevral 2020

Dünyanın ən böyük mobil texnologiyalar sərgi-konfransı olan “Mobile World Congress” (MWC) koronavirusun yayılması təhlükəsi səbəbindən təxirə salınıb.

APA-Economics”in “PCweek”ə istinadən verdiyi məlumata görə, fevralın 24-dən 27-dək keçirilməsi planlaşdırılan MWC-də 100 mindən çox insanın iştirakı gözlənilirdi.

Lakin fevralın 13-də 30-dan çox şirkətin konqresdə iştirakdan imtina etməsi məlum olub.

Siyahıya “Nokia”, ZTE, “Vivo”, LG, “Sony”, “Ulefone”, “Umidigi”, “Ericsson”, “AT&T”, “Deutsche Telekom”, “Sprint”, “NTT DoCoMo” və s. nəhənglər daxildir.

ABŞ-ın iri texnologiya şirkətləri də (“Amazon”, “Facebook”, “Intel” və “Cisco”) sərgidə iştirakdan imtina edib. Bənzər qərar həmçinin “Nvidia”, “Volvo”, “McAfee”, “MediaTek” və digər şirkətlər tərəfindən də verilib.

Bildirilir ki, sərginin təxirə salınması smartfon istehsalçılarına mənfi təsir edə bilər.

Qeyd edək ki, sərgidə hər il ənənəvi olaraq Azərbaycanın telekommunikasiya operatorları da qonaq qismində çıxış edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date