Rusiyada Azərbaycan pavilyonu açılacaq

Rusiyada Azərbaycan pavilyonu açılacaq
  • Clock-gray 12:10
  • calendar-gray 19 Yanvar 2021

Rusiyanın Kaluqa vilayətində yerləşən "Etnomir" mədəniyyət və təhsil mərkəzində Azərbaycan pavilyonu açılacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, 28 yanvar tarixində baş tutacaq açılış günü Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin İşgüzar Klubunun "Azərbaycanın Rusiya Federasiyasının bölgələri ilə iqtisadi əməkdaşlığı" mövzusunda forum-iclası da təşkil olunacaq.

Proqramda etnoqrafiya parkına ekskursiya və Azərbaycan istehsalçılarının məhsullarının dequstasiyası da yer alıb.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafı üçün əsas istiqamətlərdən biri də Rusiya Federasiyasının bölgələri ilə qarşılıqlı əlaqələrin qurulmasıdır. Bu günədək Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyektləri ilə iqtisadi əlaqələr qurub və ölkələr arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Hüseyn Vəliyev

Digər xəbərlər