Şekspirin XVII əsrə məxsus əsərlər toplusu "Christie's" hərracında rekord qiymətə satılıb

Şekspirin XVII əsrə məxsus əsərlər toplusu "Christie
# 15 oktyabr 2020 17:19 (UTC +04:00)

İngilis şairi və yazıçısı Uilyam Şekspirin XVII əsrə məxsus unikal əsərlər toplusunun ilk nəşri Nyu-York şəhərindəki “Christie's” ticarət evində keçirilən hərracda rekord qiymətə – 9,978 mln. ABŞ dollarına satılıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, hərrac iştirakçılarının fikrincə, bu, yalnız Şekspirin əsərləri arasında deyil, ümumiyyətlə, ədəbi əsərlər arasında qiymət ifadəsində dünya rekordudur. "Christie's" ticarət evinin nümayəndəsi Marqaret Ford burada təəccüb doğuracaq faktın olmadığını bildirib və rekord qiyməti Şekspirin əsərlər toplusunun ilk dəfə bir araya gətirildiyi və yalnız altı surətinin qalması ilə izah edib.

6 dəqiqə sürən hərracın yekunlarına görə, nadir əsərlər toplusunu ABŞ-dan olan fərdi kolleksiyaçı Stefan Leventheyl əldə edib.

Qeyd edək ki, dahi yazıçının ölümündən 7 il sonra dərc olunan ilk toplanmış əsərlərə 36 pyes daxildir. Onlardan 18-i, o cümlədən "Maqbet", "On ikinci gecə", "Yuli Sezar", "Bəyəndiyiniz kimi" və "Fırtına" pyesləri 1623-cü ilədək dərc olunmurdu və bu səbəbdən həmişəlik itə bilərdi.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR