Azərbaycan məhsulları "Gulfood 2022" sərgisində nümayiş olunur - FOTO

Azərbaycan məhsulları "Gulfood 2022" sərgisində nümayiş olunur - FOTO
# 14 fevral 2022 18:09 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Beş gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR