Azərbaycan məhsulları Məkkədə nümayiş olunub - FOTO

Azərbaycan məhsulları Məkkədə nümayiş olunub - FOTO
# 28 fevral 2022 11:50 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində beynəlxalq sərgi keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, Məkkə Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən sərgidə 20-dən çox ölkənin, o cümlədən Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunub.

Beşgünlük sərgidə Azərbaycanı təmsil edən 8 sahibkar tərəfindən zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və s. məhsulları təqdim edilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR