Azərbaycanın kənd təsərrüfatı məhsulları Qətərdə nümayiş olunur

Azərbaycanın kənd təsərrüfatı məhsulları Qətərdə nümayiş olunur
# 10 mart 2022 16:49 (UTC +04:00)

Azərbaycan məhsulları bu gündən başlayaraq Qətərin paytaxtı Doha şəhərində keçirilən 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də nümayiş olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, sərgidə kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən zəfəran, çiyələk, mürəbbə, kompot, meyvə şirələri, konservləşdirilmiş məhsullar, narşərab, lavanda yağı və balı, qablaşdırılmış giləmeyvə, təbii və soyuq sıxım qida yağları və s. sərgilənir.

Pavilyonda həmçinin, yerli şirkətlər tərəfindən kənd təsərrüfatı üçün müasir həllər, aqrar sahə üzrə biokimya məhsulları və zəhərli tullantıların təkrar emalı üzrə xidmətlər təqdim olunur.

Martın 14-dək davam edəcək sərgi çərçivəsində iş adamları arasında görüşlərin keçirilməsi üçün Azərbaycan pavilyonunda müvafiq şərait də yaradılıb.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR