“AzerGold” II “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” II “Rebuild Karabakh” sərgisində iştirak edir
# 20 oktyabr 2022 14:58 (UTC +04:00)

“AzerGold” QSC Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində təmsil olunur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, sərgidə QSC tərəfindən sərgi pavilyonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılmış araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində QSC-nin geoloqları tərəfindən həyata keçirilən aktiv yerüstü axtarış-kəşfiyyat işləri haqqında geniş məlumatlar yer alır.

Hasilat sahələri və ətraf ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər, o cümlədən sosial layihələrlə bağlı audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.

“AzerGold” QSC tərəfindən nümayiş etdirilən qızıl sikkə və külçələr, xüsusilə Qarabağ mövzusuna həsr olunmuş qiymətli məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları “Qarabağ inciləri” və “Şuşa” sikkələri ilə yanaşı, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş qızıl sikkələrlə ilk dəfə “Rebuild Karabakh” sərgisində yaxından tanış olmaq imkanı əldə ediblər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR