Bakıda Hindistan məhsullarının ticarət sərgisi açılıb

Bakıda Hindistan məhsullarının ticarət sərgisi açılıb
# 26 mart 2022 17:21 (UTC +04:00)

Bakı İdman Sarayında 8-ci "BEST OF INDIA" - Hindistan məhsullarının ticarət sərgisi açılıb.

"APA-Economics" xəbər verir ki, açılış mərasimində çıxış edərkən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial olduğunu bildirib və Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanların olduğunu qeyd edib. Səfirin sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənir və 2021-ci ildə ölkələr arasında ümumi ticarət dövriyyəsinin bir il öncəki göstəricini 27% üstələyib.

Səfir sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Martın 26-dan aprelin 3-dək davam edəcək sərgidə Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR