Qarabağın yenidən qurulmasına həsr olunmuş inşaat həftəsi keçiriləcək

Qarabağın yenidən qurulmasına həsr olunmuş inşaat həftəsi keçiriləcək
# 14 oktyabr 2022 14:50 (UTC +04:00)

Oktyabr ayının 19-dan 21-dək 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini bir araya gətirən Xəzər İnşaat həftəsi keçiriləcək.

“Caspian Event Organisers” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, İnşaat Həftəsində dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edəcək. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonları təmsil edəcəklər.

“Rebuild Karabakh” sərgisinin işgüzar proqramı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tikinti və investisiya potensialını müzakirə etmək üçün yaxşı fürsət yaradacaq. Beləliklə, 19 oktyabr tarixində KOBİA ilə birgə təşkilatçılığı ilə Qarabağda biznes və investisiya imkanları mövzulu panel müzakirəsi keçiriləcək. Həmin gün Qarabağ Dirçəliş Fondun təşkilati dəstəyi ilə "Qarabağda Urbisid" fotosərgisinin nümayişi baş tutacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR